Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edildibackend

Abşeron Rayon Mərkəzi Xəstəxanasının 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatəedən yoxlama zamanı isə işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 %-i əvəzinə 40 %-i məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Həmçinin normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcə də, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.

 

Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 1 yanvar 2019-cu il tarixindən 1 aprel 2022-ci il tarixinə qədər olan dövr üzrə fəaliyyətinin yoxlanılması nəticəsində İnstitutun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının mühafizəsini özəl mühafizə şirkətinin təşkil etməsinə baxmayaraq, həmin müəssisədə artıq gözətçi ştatlarının saxlanılması hesabına əlavə əmək haqqı ödənildiyi, İnstitutun balansındakı xidməti minik avtomobillərinin təmirinə normadan artıq ehtiyat hissələrinin alındığı, eləcədənomadan artıq yanacaq sərfiyyatı üzrə vəsaitlərin istifadəsi aşkarlanıb. Həmçinin İnstitutun Klinikasında stasionar müalicəalan xəstələr üçün nəzərdətutulmuş hazır yemək vəərzaq məhsullarnın alınması üçün mərkəzləşdirilmiş mətbəxlərə verilmiş gündəlik xəstələrin sayının artıq göstərilməsi hesabına ərzaq xərclərinin artırıldığı müəyyənləşib. Bundan başqa, İnstitutda mühasibat uçotunun təşkili vəaparılması prosesi Maliyyə Nazirliyinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun qurulmayıb.