Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirildi – FOTObackend

Seçicilərin məşğulluq problemlərinin həlli məqsədi ilə Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirildi.

“Yeni Gündəm” xəbə verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədova, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini cənab Cəmaləddin Quliyevin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin 70-dən artıq nümayəndəsi ilə görüşümüz keçirildi.

Keçirilən görüşün əsas məqsədi rayon ərazisində məşğulluq məsələləri ilə bağlı müraciətləri daxil olan vətəndaşların əlaqələndirməsi imkanlarının yaradılması idi.

Görüş zamanı eləcə də şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən “Məşğulluq marafonu” ilə bağlı məlumat veridi.

Görüşdə iştirak edən bütün sahibkarlara eləcə də bu təşəbbüsə dəstəyə görə Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin idarə heyətinin sədri Mustafa Abbasbeyliyə təşəkkürümü bildirirəm.