Abşeronda dəhşət: Kişi arvadını bıçaqladıqdan sonra özünü asıbbackend

Abşeronda kişi arvadını bıçaqlayaraq intihar edib.

Hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Eldar Məmmədov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayıb. Daha sonra Eldar Məmmədov özünü asaraq intihar edib.

Qadın xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.