Abşeronda DƏRƏBƏYLİK: İcra başçısı rayona “Təhsil Şöbəsi” nin müdüri təyin edibbackend

Ötən yazılarımızda Abşeron rayonu ilə bağlı bəzi məqamlara aydınlıq gətirmişdik.

DOSYE.ORG olaraq qanunsuz fərdi evlərin tikintisinə və digər oyunların nədən, hardan “krişalıq” edildiyini araşdırdıq.

Onu da nəzərinizə çatdıraq ki,  fərdi evlərin qanunsuz tikintiləri sürətlə davam edir. Bu mövzü haqqında daha geniş məlumatları növbəti yazılarımızda dərc edəcəyik.

DOSYE.ORG olaraq Abşeron RİH başçısı Abidin Fərzəliyevin təhsil sisteminə nəzarət edəcəyi barədə məlumatlar əldə etdik. Əlbətdə ki, rayon rəhbəri bir başa rayonun bütün sahələrinə nəzarət etməlidir.

Lakin bu o demək deyil ki, rayonun məktəblərini bir direktorun nəzarətinə verməlidir. Söhbət Xırdalan şəhər 3 №li məktəb-liseyindən getdiyi sır deyil. Əldə etdiyimiz məlumatlara görə icra başçısı bütün təhsil məsələləri Sevinc Əliyevaya həvalə edib. Yəni, xanım direktor istənilən məktəb direktoru haqqında bir başa Abidin Fərzəliyevə məruzə etməlidir. Görünür, icra başçısı hələ bir müddət düşünməli olacaq….

Təbii ki, digər məktəb direktorları bu cür hallarla razılaşmır. Əgər belə davam edərsə Regional Təhsil İdarəsinin fəaliyyəti Abşeron rayonunda nəzərə çarpmayacaq.

Bu günlərdə Xırdalam şəhər 3 №li məktəb-liseydə daha bir xoşagəlməz hadisə qeydə alınıb. Məktəbin daxilindən sızan məlumarlara inansaq hadisə hazırda Abşeron Rayon Polis idarəsində araşdırılır.DOSYE.ORG