Abşeron rayonu Xırdalan şəhərində icra başçısı Abdin Fərzəliyevin icazəsi ilə inşa edilən tikilinin qanunsuz olduğu məlum olub.
“Yeni Gundem” xəbər verir ki, Heydər Əliyev preospektində inşası davam edən tikilinin yaşayış binası olduğu deyilir. Xırdalan sakinlərinin sözlərinə görə, aparılan tikinti işi qeyri-rəsmi şəkildə aparılır. Sakinlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sözügedən tikinti haqqında bildirilib ki, komitəyə müraciət daxil olmayıb və məsələ araşdırılır.
Xırdalan sakinləri qanunsuz aparılan tikintinin dərhal dayandırılmasını tələb edirlər. Onlar bildirir ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq tikinti dayandırılmayıb və hazırda da iş gedir.
Xatırladaq ki, Abşeron Rayonu ərazisində icra başçısı Abdin Fərzəliyevin tikintisinə icazə verdiyi tikililər qanunsuz olduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülüb.Tribunainfo.az