Abşeronda təkər təmir edən şəxs faciəvi şəkildə vəfat etdibackend

Abşeronda təkər təmir edən şəxs faciəvi şəkildə dünyasını dəyişib.

“Yeni Gundem” xəbər verir ki, hadisə Abşeron rayonu, Güzdək qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Nazim Abdulxalıqov şirkətə məxsus yük avtomobilinin təkərini təmir edərkən sıxılmış havanın partlaması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.