Abşeronda tualetdə yaşayan qadın əri ilə dalaşıbmış – VİDEObackend

Abşeron Rayon İcra Hakimiyyəti qadının uşağı ilə sanitar qovşaqda yaşaması ilə bağlı məsələyə münasibət bildirib.

“Yeni Gündəm”-in xəbərinə görə, qurumdan bildirib ki, məsələ araşdırılıb:

“Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər sakini G.H. ilə həyat yoldaşı arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb.

Bu səbəbdən də o, evdən çıxıb gedib. Bundan sonra Xırdalan şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərindən birində istifadəsiz qalmış tikilidə məskunlaşıb. Bu gün G.H.-nin həyat yoldaşı əraziyə gəlib, aralarında barış yaradıldıqdan sonra xanım Sumqayıtdakı mənzillərinə geri dönüb”.