Ac saxlanıldığı deyilən alpaqanın son halı – VİDEObackend

Qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpaqanın son halının görüntüləri yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, sözügedən videonu bir müddət əvvəl alpaqanı öz fermasına götürən “Alpaka Azerbaijan” instaqram səhifəsində paylaşıb.

“Xilas olunmuş alpaqamız bu video vasitəsilə onu sevən hər kəsə sevgisini göndərir”, – paylaşımda deyilir.

Fermanın əməkdaşı Rasim İsayevin sözlərinə görə, alpaqa bir ay ərzində 6 kiloqram kökəlib və bugünükü gün özünü çox yaxşı hiss edir.