Açıq məkanlarda reklam yerləşdirmək üçün qiymətlər açıqlandıbackend

Azərbaycanda açıq məkanlarda yerləşdirilən reklamların yeni qiymətləri müəyyənləşib.

Dövlət Reklam Agentliyindən verilən məlumata görə, açıq məkandakı reklam ekosisteminin inkişaf etdirilməsi, həm estetik görünüş, həm də funksionallıq baxımından müasir tələblərə uyğunlaşmaq üçün rəqəmsal reklam daşıyıcılarından istifadənin stimullaşdırılması qərara alınıb.

“İnkişaf etmiş ölkələrdəki kimi elektron monitor, tablo və digər reklam daşıyıcılarından daha çox istifadə olunsun deyə artıq bununla bağlı qanunvericiliyə bəzi dəyişikliklər də edilib. İndi rəqəmsal reklam daşıyıcılarından istifadə edən sahibkarlar onun ölçüsündən asılı olaraq daha az dövlət rüsumu və yayım haqqı ödəyəcəklər. Dəyişiklikdən əvvəl isə hesablama zamanı müasir tələblərə cavab verən bu qurğuların ölçülərinə görə aşağı məbləğ nəzərdə tutulmurdu”, – agentlikdən bildirilib.

Qeyd edək ki, açıq məkandakı reklamlarla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanına və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.

Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısı üzrə aşağıdakı məbləğdə hesablanır:


Açıq məkanda elektron daşıyıcılarda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri