ADA Universiteti və “Təmiz Şəhər” ASC şagirdlər üçün “Yay məktəbi” təşkil edib – FOTObackend
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə məktəblilərin asudə vaxtlarını səmərəli keçirilməsinə xidmət edənsayca 6-cı “Yay məktəbi”nin bağlanış mərasimi baş tutub. Dörd həftə davam edən“Yay məktəbi”ndə iştirakçılara tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerji əldə edilməsi barədə ətraflı məlumat verilib. Bilik və bacarıq qazanmaq üçün əlverişli mühit olan bu düşərgəyə  müxtəlif təhsil müəssisələrindən xeyli sayda şagirdqatılıb.
Yay düşərgəsinə dəvət olunan fərqli ixtisas və peşə sahibləri tərəfindənmüxtəlif mövzularda nəzəri və praktiki təlimlər təşkil edilib. “Təmiz Şəhər” ASC-nin istehsalatda çalışan təlimçiləri tərəfindən tullantıların düzgün idarə edilməsində yeni yanaşmaların tətbiqi və tullantının həm də səmərəli xammal olduğu barədə şagirdlərə ətraflı məlumat verilib. Təbii ehtiyatların azaldığı və ehtiyacların artdığı bir dövrdə tullantıların təkrar emal prosesinə cəlb edilməsində hər kəsin rol ala biləcəyi vurğulanıb.
Məktəblilər akademik və yaradıcı mühitdə maraqlı vaxt keçirərək müxtəlif intellektual oyunlar, kommunikasiya, fotoqrafiya, kompüter proqram təminatı sahələri üzrə də ustad dərslərində iştirak ediblər. Həmçinin məktəblilərə “Təmiz Şəhər” ASC-nin nəzdində fəaliyyət göstərən  “Tullantıdan Sənətə” muzeyinə maarifləndirici turtəşkil olunub.
Ənənəvi olaraq hər il ADA univeristeti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”nin  sonunda iştirakçılara sertifikatlar  təqdim edilib.