“Adam var arınnan danışa bilmir”: Eynəkli xəyallar aləmində – TƏHLİLbackend

Həyatda cürbəcür adamlar olur.

Adam var xalqına alışa bilmir.

Adam var çox xeyir verir xalqına, Adam var özü-üçün çalışa bilmir.
Adam var sözünnən şəkər süzülür,Adam var danışsa ətin tökülür.

Adam var arsızdı, nə desən gülür.

Adam var arınnan danışa bilmir.

Adam var yaltaqlıq peşədir ona, Adam var iblistək girir yüz dona.

Adam var qeyrəti düşüb hər yana, Adam var heç işə qarışa bilmir.

Adam var ki, nə balıqdır, nə də ət,Adam var adama qoymayır qiymət.

Adam var, özü şər, söhbəti qeybət,Adam var qeybətə alışa bilmir.

Günü çox maraqlı və səbəbsiz siyasi proseslə bitirdik.Axşam-Axşam çox yersiz zamanda həmişə ki, kimi bizi narahat etdilər.

Məsələn normalda Rusiyanın ağsaqqal diplomatı ölkəsinin vəziyyəti ilə məşğul ola bilərdi.Necədə olsa, uzun illərdir ki, siyasət meydanında iblistək yüz dona girir.

“Yeni Gundem” Şimal dostumuzun baş diplomatının ölkəmizə gəlişini operativ təhlil etdi.

Sergey Lavrov gəldi.

Onu ilk qəbul edən cənab Prezident oldu.Əlbəttə Müzəffər lider Lavrovla söhbət etməli idi.Ən azı iki ölkə arasında illərə əsaslanan dostluq ənənələri var.

Ancaq maraqlı bu deyil.Bu diplomatik qayğı və yuxarıda qeyd etdiyimizdir.

Ən komidik isə odur ki,Lavrov postmüharibə dövründən sonra Bakıya etdiyi səfərlərdə eyni mövzulardan danışır.

Rusiyanın xarici işlər naziri ötən ilin iyun ayında Bakıda olarkən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını, sərhədin müəyyənləşdirilməsini və iki dövlət arasında kommunikasiya xətlərinin açılmasını müzakirə etmişdi.Mövzular yenə eynidir.

2022-ci ilin iyun ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə iki dövlətin informasiya siyasətini də müzakirə etmişdilər.Ceyhun Bayramov Azərbaycanın bir neçə rusdilli saytının Rusiya ərazisində bloklandığının Bakıda narahatlıq doğurduğunu Lavrova demişdi. Lavrovun ötən dəfəki səfəri ərəfəsində Rusiyannın “Ria Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reportaj yayımlamışdı. 8 aydan sonra Lavrov yenidən Bakıya qayıdıb.

Yenədə eyni olay.

Lavrov sabahda Bakıdadır.Hələ görüləsi, daha doğrusu təkrarlası çox işləri var.

Lavrov bəlkədə alicənab insandır.Yəni ataların sözlərinə hörmət edir.Axı təkrar biliyin anasıdır.

“Yeni Gundem”

Fərahim Rəhimov