Adil Əliyev Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” konfransda iştirak etdibackend

Milli Məclisin sədrinin müavini Adil Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə Adil Əliyev Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” konfransda iştirak etdi.

Şanlı tariximizin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı, Azərbaycan xalqı yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi və bu birlik, Müzəffər Ali Baş Komandanın rəhbərliyindəki Rəşadətli Ordumuzu Qələbəyə ruhlandırdı.

Sentyabrın 27-dən başlanan Zəfər yürüşümüz, əzəli və əbədi Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyü bərqərar edilməsi ilə yekunlaşdı. 44 gün davam edən Zəfər yürüşündə Azərbaycan gücünü Ermənistana və onun havadarlarına göstərdi, Şanlı üçrəngli bayrağımız Vətən göylərində dalğalandı. Məhz bu tarixi qalibiyyətimizə görə Vətənini öz canından, qanından artıq tutan qəhrəmanlarımıza borcluyuq. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən, ölkə başçımız tərəfindən diplomatik müstəvidə aparılan uğurlu gedişlər nəticəsində tam təslim oldu və kapitulyasiya aktını imzaladı.
Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra, Azərbaycan ərazisini birdəfəlik tərk etdi. Ermənistanın tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edən Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı idi.
Tarixi torpaqlarımızın işğaldan azad edilməsində şəhid olan qardaşlara Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, uğrunda ölən varsa, Vətəndir!