Adil Əliyevdən Prezidentə təbrikbackend

Milli Məclisin sədr müavini Adil Əliyev Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

“Yeni Gündəm”-in xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin lideri, ordumuzun Ali Baş Komandanı kimi yeni nailiyyətlər, yeni zirvələr fəth etməyi arzulayıram! Bütün xalqımız fəxr edir ki, Siz 60 illik yubileyinizi Qarabağı, Şərqi Zəngəzur və Şuşanı azad etmiş Müzəffər Ali Baş Komandan, ölkəmizin beynəlxalq səviyyədə strateji dəyərini yüksəltmiş, ərazi bütövlüyümüzü bərpa etmiş rəhbər kimi qeyd edirsiniz. Allahdan Sizə uzun ömür, can sağlığı, Vətənimiz naminə görəcəyiniz yeni-yeni işlərdə müvəfəqiyyət arzu edirik”.