Adil Tatarovun ölümündən 3 il ötürbackend

“Şücaətə görə” və “Vətən uğrunda” medalı ilə təltif olunan şəhid Adil Tatarovun ölümündən 3 il ötür

“Yeni Gündəm” xəbər verir ki, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olmasından 3 il keçir.
Adil Əli oğlu Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və X.Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbini bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub. Adil Tatarov Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olduğuna görə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə”, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı sərəncamla “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub. Tərxis olunmağına iki ay qalmış düşmən gülləsinə tuş gəlib.
Adil Əli oğlu Tatarov doğulub, boya-başa çatdığı Qıraq Kəsəmən kəndində dəfn edilmişdir.

ALLAH RƏHMƏT ELƏSİN!