“Adobe” şirkətinə cərimə protokolu yazıldıbackend

“Adobe” MMC-yə cərimə protokolu yazılıb.

“Yeni Gundem”-in məlumatına görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xalidə Əlisoyun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.Pravda.az