ADY ‘’Nəqliyyat və Logistika – 2023’’ sərgisində iştirak edib – FOTObackend

‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-nin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ‘’Nəqliyyat və Logistika – 2023’’ adlı beynəlxalq sərgidə iştirak etmək məqsədilə Münhen şəhərinə səfər edib.

ADY sədri R. Rüstəmov ‘’İnterRail’’, ‘’DHL’’, ‘’Forwardis’’, ‘’Hupac’’, HHLA, ‘’DB Cargo’’, ‘’PKP Cargo’’ və s.beynəlxalq yükdaşımaları şirkətlərinin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərdə Orta Dəhliz ilə konteyneryüklərinin Çindən Avropaya sürətlə daşınması, tranzit vaxtının optimallaşdırılması, yük həcmlərinin artırılmasıyeni yüklərin cəlb olunması məsələlərini geniş müzakirə edib.

Yüklərin ötürücülüyünü artırmaq məqsədilə Orta Dəhlizin iştirakçısı olan bütün dəmir yolları qurumları ilə ortaq məlumat mübadiləsinin yaradılması, daşınan yüklərin hərəkətinin Əməliyyat mərkəzi iləəlaqələndirilməsi, orta müddətə planlaşdırmanın təkmilləşdirilməsi,  infrastrukturda həyata keçirilən layihələr, o cümlədən marşrut üzrədarboğazların’’ aradan qaldırılması hərəkət tərkibinin hazırlığı ilə bağlı şirkət rəhbərlərinə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 2022-ci il ilin I rübü ilə müqayisədə 2023-cü ilin ilk 3 ayında Çindən və Orta Asiyadankonteyner yüklərinin Azərbaycan dəmir yolları vasitəsilə Avropaya çatdırılması xeyli optimallaşdırılmış, biznes tərəfdaşların sifarişləri məzilbaşına 20 günə çatdırılaraq müştəri məmnunluğu təmin edilmişdir.  

Xatırladaq ki, “Nəqliyyat və Logistika – 2023’’ sərgisində ADY-nin törəmə şirkətləri olan ‘’ADY Express’’  və ADY Konteyner’’ MMC birgə stendlə təmsil olunur.

Münhen şəhərində təşkil olunmuş sərgidə 65 ölkəni təmsil edən 2500-ə yaxın şirkət fərdi stendləri ilə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiyalar sahəsində göstərdikləri xidmətlər haqqında geniş təqdimatlar keçirirlər.

1978-ci ildən etibarən iki ildən bir keçirilən Nəqliyyat və Logistikasərgisi dünyada miqyasına görə ilk beşliyə daxildir. Sərgi avtomobil, dəmir yolu, su və hava nəqliyyatı ilə daşımalara həsr olunan ən böyük beynəlxalq platformadır.