Aeroport yolunda baş verən qəzada ölənlərin və xəsarət alanların adları açıqlandıbackend

Ötən gün aeroport yolunda 5 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların adları açıqlanıb.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişin 1985-ci il təvəllüdlü Babayeva Kəmalə Eloğlan qızı, eləcə də səkidə və yol kənarında dayanmış 1964-cü il təvəllüdlü Abdullayev Məhiyəddin Qara oğlu, 1989-cu il təvəllüdlü Aslanov İlham Elxan oğlu,  1961-ci il təvəllüdlü İsgəndərova İradə Əli qızı və 1965-ci il təvəllüdlü Yaqubova Mehbarə Şaban qızı hadisə yerində ölüblər.

Xəsarət alanların siyahısı:

Zahid Tağıyev (1968 )

Samirə Mansurova (1972)

Sərdar Rzayev (1979)

Anna Sapojnikova (1954)

Ruslan Hüseynov (1988)

Gülüş Sadıqova (1990)

Müslüm Səlimov (1968)

Elvin Məmmədov (1990)

Muraz Əliyev (1998)

Gülşən Məmmədova (1967)

Aygün Ağayeva (1984)

Zərifə Əliyeva (1969)

Eldar Hüseynov (1962)

Yeganə Sadıqova (1960)

Ramiz Zeynalabdiyev (1975)

Aytən Kərimova (1986)

Nəriman Həsənov (1983)

Samirə Eyvazova (1962)

Mətanət Əsadova (1962)

Surət Tağıyev (1993)

Orxan İbrahimov (1985)

Emin Məmmədov (1988)

Bağdagül Nağıyeva (1984)

Natiq Cəbiyev (1966)

Aynurə Həsənova (1989)

Cavid Qəribov (1987)

Qeyd edək ki, ötən gün saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.