Aeroport yolunda qəza törədərək 5 nəfərin ölümünə səbəb olan yük avtomobilinin sürücüsü saxlanıldı – 19 yaşı varbackend

Aeroport yolunda bir neçə nəfərin ölümü ilə nəticələnən yol qəzasında sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

“Yeni Gündəm”-in xəbərinə görə, sürücü 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

Həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.