“AFB Bank” sabiq səhmdarını məhkəməyə verdibackend

“AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC adıçəkilən bank tərəfindən məhkəyə verilib.

“Yeni Gundem” xəbər verir ki, bank “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – kredit müqaviləsi üzrə mübahisələr” qanunu rəhbər tutaraq “Aqro Kompleks Qəbələ”yə ayırdığı vəsaiti məhkəmə yolu ilə tələb edir.

“Aqro Kompleks Qəbələ” Qəbələnin Vəndam qəsəbəsində “Gilan Holdinq”in heyvandarlıq kompleksidir.

Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-i “Gilan” MMC-ə məxsus idi

Qeyd edək ki, məhkəməyə Ülkər Həsənova sədrlik edəcək.Kommersant.az