Afət Fərmanqızı Maqsuddan danışdıbackend

Müğənni Afət Fərmanqızı axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılmasından danışıb.

“Yeni Gündəm” xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə danışan ifaçı onun pul almadığı müğənniləri təhqir etdiyini deyib:

“Səhər tezdəndən telefonlarım susmur. Məni şantaj, təhqir, təhdid edən şəxs çoxdan tutulmalı idi, bir az gecikib. Normal insan kimisə təhqir etməz. Monitor arxasından nənəm də kimisə təhqir edər. Üzümə deyə bilməzlər. Əziz jurnalistlər, Maqsuda pul verən müğənnilərə zəng edin. Kimləri ki, söymürdüsə, onlar pul veriblər. Onlarda yaxşı məlumatlar var. Artıq canlarına qorxu düşüb, tez bir zamanda adları da məlum olar”.