AFN 7 yaşını qeyd edirbackend

Azərbaycan mediasında özünə məxsus yeri olan Azebaijan Favorite News (www.afn.az) saytının fəaliyyətə başlamasından 7 il keçir.

AFN.az saytı 2012-ci ilin yanvarında maliyyə-iqtisadi yönümlü xəbər portalı olaraq yaradılıb. Bir müddətdən sonra oxucu marağını nəzərə alaraq saytımız Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdıran bir portala çevrilib. Bundan başqa, portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

AFN.az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu mövqenin nəticəsidir ki, saytımıza baxış sayı dinamik olaraq artır, getdikcə daha geniş oxucu kütləsini cəlb edir.

Sayt 2015-ci ildən etibarən yeni rəhbərliklə yeni kursla operativ surətdə fəaliyyətini bərpa edib. Bu qısa müddət ərzində məhdud imkanlarla geniş auditoriya qazanan AFN ölkənin ən iri xəbər portalları ilə rəqabət gücündədir.

“Yenigundem” kollektivi olaraq biz dә AFN.az ailəsini təbrik edirik