Ağ Ev prezident Co Baydenin milli təhlükəsizlik məlumatlarının sızması ilə bağlı bəyanatını yayıb.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri Cozef Bayden hüquq-mühafizə orqanlarının sürətli reaksiyasını alqışladığını və kəşfiyyat orqanlarına həssas məlumatları qorumaq üçün əlavə tədbirlər görməyə göstəriş verdiyini söylədi.
“Hüquq-mühafizə orqanlarının ABŞ-ın məxfi sənədlərinin bu yaxınlarda yayılmasını araşdırmaq və cavab vermək üçün atdığı sürətli addımı alqışlayıram. Biz hələ də bu sənədlərin həqiqiliyini müəyyən edərkən, mən hərbi və kəşfiyyat ictimaiyyətimizə həssas məlumatların yayılmasını daha da qorumaq və məhdudlaşdırmaq üçün addımlar atmağa göstəriş vermişəm və milli təhlükəsizlik komandamız tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyadadır”. bəyanatda deyilir.
Xatırladaq ki, Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən 21 yaşlı Cek Teyşeyra həbs edilib. Sosial mediada paylaşılan sənədlərdə Ukraynadakı müharibə vəziyyəti, Kiyev və Moskvanın üzləşdiyi problemlər də daxil olmaqla, ABŞ-ın müttəfiqləri və düşmənləri haqqında ətraflı kəşfiyyat qiymətləndirmələri yer alır.
Fərahim Rəhimov