Ağ Ev Kabildə 7 uşağın öldürülməsini təsdiqləmədibackend

“Ağ Ev avqustun 29-da Kabildə ABŞ-ın pilotsuz təyyarələrinin İŞİD-ə hücum endirərkən 7 uşağın ölməsi ilə bağlı məlumatı təsdiqləmir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə açıqlamasında bildirib.

“Bu məlumatı şərh edə bilmərəm və ya təsdiq edə bilmərəm. ABŞ hər zaman mülki insan itkilərinin qarşısını almağa çalışır. Deyə bilərəm ki, Mərkəzi Komandanlığın bəyanatına görə, araşdırma aparılır”, Ağ Ev sözçüsü vurğulayıb. Qeyd edək ki, BMT Uşaq Fondunun (UNICEF) Kabildəki nümayəndəsi Qerve de Lis avqustun 30-da Əfqanıstanda 7 uşağın ABŞ qüvvələrinin hücumu zamanı öldürüldüyünü açıqlayıb.