Ağakərimin ölüm xəbərinə – Ailəsindən SƏRT REAKSİYAbackend

Tanınmış meyxanaçı Kərim Novruzovun vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ağakərimin bacısı oğlu Rüstəm Cənnətov məlumt verib.

“Kərim Novruzovun ölməsi barədə məlumatlar yalandır. Sadəcə o yataq xəstəsidir, müalicə alır. Bu barədə yalan məlumat verənləri məhkəməyə verəcəyik”, – deyə Rüstəm Cənnətov əlavə edib.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.Baku.ws