Ağcabədidə toya gedənlər qəzaya düşüb, 3 nəfər ölüb, yaralananlar var – ADLARbackend

Ağcabədi rayonunda toya gedənlər yol qəzasına düşüb, üç nəfər ölüb.

“Yeni Gundem” xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə yolunun rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes Atego” markalı yük maşınına çırpılıb. Nəticədə “VAZ”da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə “VAZ 2107”nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub.

Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmiş.

Faktla bağlı araşdırmalar aparılır.