Ağcəbədidə su quyusundan qızıl çıxması xəbərinə rəsmi reaksiyabackend

Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.

Kənd sakinlərinin su quyusu qazarkən qızıl parçaları tapdığı iddia olunub. Bildirilib ki, kəndin giriş-çıxışına polis postları qurulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu qeyd edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “Qafqazinfo”ya bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir: “Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb”.