Ağdam Azərbaycan Milli Şəhərsalma Forumunun açılışıbackend

Bildiyimiz kimi, Azərbaycan, öz xalqının vətənə sevgisi,vətənə bağlılıq  və qəhramanlığı sayəsində,30 ilə yaxın mənfur düşmənlərimizin əsarəti altında olan Qarabağımızı azad etdi.Məhz bu qələbədən sonra Azərbaycan xalqı bütün dünyaya səs salmaqla yanaşı həmdə nümunəvi dövlət statusunu aldı.Qələbədən sonra dövlət başçımız davamlı olaraq, işğal olunmuş ərazilərdə olur,istər siyasi,istərsə də iqtisadi-mədəni məsələlərin həllini  özünəməxsus şəkildə yerinə yetirir.

5 oktyabr tarixində də Prezident İlham Əliyev Ağdam  Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak etmişdir.Mərasimdə bir sıra önəmli məsələdə toxunulub.Fikirmizcə, Prezident İlham Əliyevin çıxışı zamanı Qarabağın işğal dövrü və işğaldan sonrakı dövrünü əsaslı şəkildə xarakterizə etməsi ən vacib məsələlərdən sayılmalıdır.İlham Əliyev  Ağdamı bir zamanlar Qarabağın həyat doluən böyük şəhər adlandıraraq onun erməni işğalı dövründə dağıdıldığını bildirib.Dövlət başçısı qətiyyətlə öz nitqini davam etdirərək bildirmişdir ki,”30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər.Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub.

Burada – Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.”

Biz Azərbaycan xalqı olaraq,milli birliyimizi,həmrəyliyimizi vətənə sevgi,vətənə bağlılıq hissimizi “44 günlük” Vətən müharibəsində bütün dünyaya sübut etdik.Zənnimizcə,  dünya ölkələrinin də Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarında törətdiyi “özlərinə xas”əməllərini “açıq” gözlə görməli və eyni zamanda təsdiq etməlidirlər.

Mirzəyeva Aytac/Bakı Slavyan Universiteti