Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbi təltif olundubackend

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova, muğam müəllimi Habil Məmmədov və tələbələri milli-mədəni dəyərlərin təbliğində aktiv iştiraklarına görə “NMEDİA.AZ” İnformasiya Portalının Fəxri Fərmanı ilə təltif olundular.

Xatırladaq ki, sözügedən musiqi məktəbinin muğam şöbəsinin müəllimi Habil Məmmədovun şagirdlərinin “Xudayar təsnifi”-ni ifa etdikləri video sosial şəbəkədə böyük marağa səbəb olmuşdu.

Həmin videonu sizlərə təqdim edirik: