Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlandıbackend

Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb.

Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 22-də daxil olan məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.