Ağdamda iki nəfər minaya düşərək həlak oldubackend

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.

DİN-in Mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.