Ağdamda kənd sakinləri minaya düşdü: Ölən varbackend

Ağdam rayonunda mina partlaması nəticəsində bir mülki şəxs həlak olub, üç nəfər yaralanıb.

Cebhe.info xəbər verir ki, hadisə bu gün saat təxminən 15.40 radələrində baş verib. Belə ki, rayonun Zəngişalı kənd sakinləri Məmmədov Elçin Qanboy oğlu , Əhmədov Taryel Vilayət oğlu , Əhmədov Orxan Kamil oğlu, Cəfərli Şəmistan Yunis oğlunun kəndin yaxınlığında yerləşən keçmiş döyüş postunun ərazisinə girmələri piayada əleyhinə minanın partlamasına səbəb olub.

Çəlik adlanan ərazidə baş verən hadisə nəticəsində Elçin Məmmədov həlak olub, digərləri qəlpə yaraları alıb. Onların səhhətinin ağır olmadığı deyilir.