Ağdamlı taksi sürücüsü türk blogeri ŞOKA SALDI – VİDEObackend

Sosial şəbəkələrdə hər kəsin gülüşünə səbəb olan video yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, qonşu ölkə Türkiyədən məşhur səyahətçi-bloger İbrahim Çelik Azərbaycana gəlib.

O paytaxtda “Bolt” taksi xidmətindən istifadə edərək özünə taksi çağırıb. Gələn taksi sürücüsündən kondisioneri yandırmağı xahiş edən İbrahim maraqlı cavabla rastlaşıb.

Belə ki, Heybət adlı sürücü ondan əlavə bir manat pul istəyib. Heybətin haralı olduğunu soruşan səyahətçi onun Ağdamlı olduğunu öyrənib.

Sözügedən maraqlı videonu təqdim edirik: