Ağdaş sakini ürəyindən bıçaqlandıbackend

Ağdaş rayonunda cinayət törədib qaçan şəxs saxlanılıb.

Rayon prokurorluğundan “Yeni Gündəm”-ə verilən məlumata görə, yanvarın 10-da Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs tərəfindən yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilib və həmin şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.