AĞIR İTKİ ÜZ VERDİ: Məşhur şəxs vəfat etdi / FOTObackend

Britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvood 85 yaşında vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari” nominasiyası üzrə “Oscar”a layiq görülüb.

O, 2008-ci ildə “Skafandr və kəpənək” filminin ssenarisinə görə isə “BAFTA” mükafatını qazanıb.

2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib. //APA