Ağstafa İcra Hakimiyyətindən vətəndaşın şikayətinə rəsmi reaksiya…backend

Xəbər verdiyimiz kimi, Ağstafa rayonundan bir qrup sahibkar icra başçısından Prezidentə şikayət ünvanlayıblar.

Məsələ ilə bağlı “Yeni Gundem Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Ağstafa Rayon İcra Hakimiyyətindən bizə bildirildi ki,sözgedən ərazi dekorativ daşlar, işıqlandırma dirəkləri, yaşılıqlar və oturacaqlar quraşdırılması üçün nəzərdə tutulub.

“Məsələ ilə əlaqədar olaraq bildiririk ki, Ağstafa şəhəri A.Mustafayev küçəsini Heydər Əliyev Prospekti ilə birləşdirən hissədə sağ və sol tərəflərdə ticarət, iaşə, məişət obyektləri mövcuddur. Ərazidə avtomobillərin uzun müddətli dayanması sıxlıq yaratdığından həmin ərazi piyada hərəkətləri üçün abadlaşdırılır. Əraziyə dekorativ daşlar, işıqlandırmadirəkləri, yaşılıqlar və oturacaqlar quraşdırılması nəzərdə tutulmuşdur”-deyə Ağstafa Rayon İcra Hakimiyyətindən bildirildi.