Ağstafa İH nümayəndəliyindən Ali Baş Komandanın əsgərinə sayğısızlıq – FOTO – VİDEObackend

Bugün sosial şəbəkələrdə Ağstafa rayonu, Dağkəsəmən kəndindən olan qazi Vüsal Qarayevin yaşadığı problem və rayon icra hakimiyyətindən ona qarşı biganəlik haqda məlumatlar yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, iddialara əsasən rayonun Dağkəsəmən kənd sakini, Qarabağ müharibəsində qazi olan gizir Vüsal Qarayevin vəziyyətinin yaxşı olmadığı və dərman almağa imkanlarının çatmamasına görə qazinin Anası Ağstafa Şəhər İcra Hakimiyyətinin Yeli İcra Nümayəndəliyinin qəbuluna gedib.

Lakin onu qəbul etməyib və çölə çıxararaq “bura nəyə gəlibsiz? ” deyiblər.

Ümidləri üzülən qazi ailəsi və yaxınları Prezidentə müraciət edib.

“Cənab Ali Baş Komandan, Vitse Prezident Mehriban Əliyeva yaralı əsgərlərə baş çəkir. Problemlərini dinləyir. Aidiyyəti göstərişlərini verir.

Bu məmurlar isə əksinə, əsgərin kasıb evinə getməyi özlərinə yaraşdırmırlar. Nəinki getmək,heç qəbul edib dərdini də dinləmirlər!
Vüsalın əvvəl Şəhid xəbəri gəlib. Sonradan sağ olduğunu bilinib. Qolu atım-atımdır. Sümükləri qırılıb. Budur Vətən savaşında Qəhrəmanlıq edən Qaziyə hörmət?

Məmurlar, inciməyin məndən! Siz isti kresloda südlü kofe içəndə bu İgidlər düşməndən 30 ildir zorlanmış qız-gəlinlərimizin qisasını alırdılar Ön Cəbhədə.

Döyüş oldu. Onlar Qəhrəmanlıqlarını göstərdilər. İndi Qəhrəmanların yarasının qeydinə qalmaq üçün məharət lazımdır. Növbə sizdə!”

Yenigundem.az