Ağstafada baltalanaraq öldürülən kişi vəzifəli şəxsin oğludurbackend

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən qətlə yetirilib.

“Yeni Gündəm” xəbər verir ki, qətlə yetirilən Elvin Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, mərhumun iki qız övladı var.

APA