Ağstafada yeni təyinat – FOTObackend

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Əziz Məsmalıyevi yüksək vəzifəyə təyin edib.

“Yeni Gündəm” xəbər verir ki, Əziz Məsmalıyev Ağstafa rayon Gənclər və İdman İdarəsinə rəis təyin edilib.

Mehdiyev Naqif Vaqif oğlu isə İnformasiya təminatı və təhlil sektoru müdiri vəzifəsinə təyinat alıb.

İcra başçısının digər əmri ilə İbrahimov Kənan İlham oğlu icra başçısının müavini, Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.