Ağsu dolaylarında qəza baş verib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində “Mercedes” markalı avtomobil aşıb.
Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəliyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəliyev Məsud Əmir oğlu ölüb, Ağsu rayon Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsənli Həsən Nazim oğlu ağır yaralanıb. Ölənlər ata və oğuldurlar. Faktla bağlı araşdırma aparılır./APA