Ağsunun yeni icra başçısı Rövşən Bağırov kimdir? – DOSYEbackend

Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rövşən Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb.

1983 – 1985 – ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında çalışıb, 1985 – 1987 – ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 – 1989 – cu illərdə Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında laborant, 1989 – 1990 – cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 – 1991 – ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991 – ci ildə “Gənclik” Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991 – 1992 – ci illərdə “Amal” kiçik müəssisəsində baş mühasib, 1992 – 1994 – cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 – 1996 – cı illərdə “Elmarbank” Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 – 2003 – cü illərdə “Debut” Səhmdar Kommersiya Bankının “Sahil” filialında şöbə müdirinin müavini, 2003 – 2006 – cı illərdə “Bakı yoltikintiservis” Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 – 2007 – ci illərdə “Sənaye Tikinti Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.

Ölkə.Az