Ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaları və 35 manat pul oğurladıbackend

Şəkidə ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaların və 35 manat pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirliklə məşğul olan şəxsin əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Ağayevin oğurladığı qızılları satdığı və özünün əyləncəsinə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.