Ahıllar evində bir nəfərə gün ərzində düşən ərzaq normaları dəyişdibackend

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ahıllar evində bir nəfərə gün ərzində düşən ərzaq normaları dəyişib.

Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin 4 may 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının təhsil, tibb və bəzi sosialyönlü ictimai müəssisələri üçün qida normalarının təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilib.

Dəyişikliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ahıllar evində, Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində bir nəfərə gün ərzində düşən ərzaq normaları yeni redaksiyada təsdiq edilib.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Qapalı və sosialyönlü dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaiti hesabına alınan ərzaq məhsullarının qiymətlərinin təsdiq edilməsi barədə” Qərarında dəyişiklik edilib. Dəyişikliyə görə taxıl, un məhsulları və paxlalılar, meyvə və tərəvəzlər, süd və süd məhsulları, yağlar, ət və balıq məhsulları,qənnadı məmulatları, ədviyyatlar və digər ərzaq məhsullarının qiymətləri yeni redaksiyada verilib.