Aİ 2035-ci ilə qədər yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan etməyə hazırlaşırbackend

Avropa Parlamenti (AP) 2035-ci ildən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan edən qanun layihəsini dəstəkləyib.

“Yeni Gündəm” xarici KİV-ə istinadla xəbər verir ki, Brüsseldə keçirilən toplantıda komitə üzvü deputatlar müxtəlif avtomobillər üçün yeni karbon emissiya standartlarını müəyyən edən reqlamentlə bağlı mövqeyi 46 “hə”, 40 “xeyr” və 2 “bitərəf” səs ilə qəbul ediblər. Qanuna əsasən 2035-ci ildən etibarən satılacaq yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiyaya malik olacaq. Belə ki, sözügedən tarixdən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində yeni benzin və ya dizellə işləyən avtomobillər satıla bilməyəcək.

Qeyd edək ki, Aİ 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrini sıfır emissiya etməyi hədəfləyir.