Aİ-92 markalı benzinlə bağlı VACİB XƏBƏR: İyun ayının 1-dən…backend

Aİ 92 markalı benzinin ölkəmizə idaxalı ilə bağlı nazirlər kabineti tərəfindən bir sıra güzəştlər tətbiq olunmuşdu. Lakin bu güzəştlərin müddəti iyun ayının ilk günü başa çatdı. Ekspertlər bildirib ki, güzəştlər ləğv edilsə də, bu ai 92 markalı benzinin qiymətinə təsir etməyəcək. Qeyd edək ki, socarın heydər əliyev adına neft emalı zavodunda profilaktika işləri aparıldığından azərbaycan dövlət neft şirkəti bu yanacağı xaricdən almağa başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, iyun ayının 1-dən ölkəmizə idxal edilən Aİ-92 markalı benzinin gömrük rüsumundan azad olunma müddəti bitib.

Azərbaycanda istifadə edilən Aİ-92 markalı benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Lakin aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırıldığından, daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün Azərbaycan Dövlət Neft Şirkəti fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın almağa başlayıb. İqtisadçı ekspert Eyyub Kərimli  bildirib ki, Ai 92 markalı benzinin idaxlı ilə bağlı edilən güzəştlərin ləğv olunması onun qiymətinə təsir etməyəcək.

Ekspert əlavə edib ki, Azərbaycanda ai 92 markalı benzinin istehsalında hər il 10-12 faiz artım baş verir. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən iyunun 1-dək qeyd olunan benzin növü üzrə hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilmişdi. Digər bir qərarla isə iyunun 1-dək Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata qədər azaldılmışdı.Xəzər TV