Aİ-nin xüsusi nümayəndəsi ermənilərin İmarət kompleksində vandallıq əməlləri ilə tanış olubbackend

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.

“Yeni Gündəm” xəbər verir ki, T. Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.

E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.APA