Aİ Ukrayna və Moldova ilə yükdaşıma şərtlərini sadələşdirirbackend
Rusiyanın Ukraynadakı qanunsuz hərbi əməliyyatları ukraynalılar, moldavanlar və ümumiyyətlə bütün avropalılar üçün böyük fəsadlar törədib.
 
“Yeni Gundem” xəbər verir ki, bunu Avropa Parlamentinin Prezidenti Roberta Metsola “Twitter” səhifəsində yazıb.
O əlavə edib ki, müharibə Ukraynanın nəqliyyat sahəsinə ciddi ziyan vurub.
Metsola onu da vurğulayıb ki, Avropa Parlamenti Avropa İttifaqı ilə Moldova və Ukrayna arasındakı sərhəd məntəqələrindən yüklərin daşınması şərtlərini sadələşdirən tədbirlərə səs verib.
“Bu addım birliyimizə dəstək üçündür və bizi daha da yaxınlaşdırır”, – o qeyd edib.