Aİ Ukraynanın ixrac edə bilmədiyi 20 milyon ton buğda üçün hərəkətə keçdibackend

Ukrayna hal-hazırda əlində olan 20 milyon ton buğdanı ixrac edə bilmir.

“Yeni Gündəm” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki,  bu barədə Aİ-nin komissiyasından açıqlamasıda qeyd olunub ki, Ukraynanın taxıl ixracatını həyata keçirə bilməməsi Avropanın və dünyanın ərzaq təhlükəsizliyinə böyük təhdiddir. Buğda idxalı ilə məşğul olan şirkətlərə ən qısa zamanda əlavə tədbirlərin görülməsi tövsiyə edilib. Qeyd olunub ki, Ukraynanın ixrac edə bilmədiyi 20 milyon ton buğdanın üç ay ərzində ölkədən çıxarılması üçün bütün mümkün vasitələrə əl atılmalıdır.

Qeyd edək ki, müharibəyə qədər Ukraynada istehsal olunan taxılın 75%-i xarici ölkələrə ixrac olunurdu. Bu isə dünyada taxıl ixracatının 20 faizini təşkil edirdi.