“Ailə üzvlərimdən heç biri siyasətdə olmayacaq” – Baydenbackend

ABŞ Prezidenti Co Bayden sələfindən fərqli olaraq ailə üzvlərindən heç birinin siyasətə qarışmayacağını deyib.

“Yeni Gündəm” xaricimediaya istinadən xəbər verir ki, Bayden Obama-Bayden administrasiyası dövründəki kimi davranacaqlarını deyib:

“Ailəmizdən və ya daha geniş ailə dairələrindən heç kim nə dövlət işində, nə də xarici siyasətdə iştirak edəcək. Bu yerlərdə heç kimə vəzifə olmayacaq”.

Qeyd edək ki, keçmiş president Donald Trampın dövründə qızı İvanka onun müşaviri, kürəkəni Cared Kupner isə Yaxın Şərq üzrə baş müşaviri olub.