Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”backend

Ajda Pekkan erməni terrorunu pisləyib və Azərbaycana dəstək olub.

O, özünün “İnstagram” hesabında yazıb:

“Azərbaycanlı qardaşlarımın gecə yatdıqları zaman üzərilərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar arzulayıram. Türkiyə olaraq daim yanlarında olduğumuzu bilmələrini istəyir və buradan azərbaycanlı qardaşlarımıza sevgi və ehtiramımı göndərirəm. Tanrıdan dünyamıza sülh və əminamanlıq arzulayıram”.