Ajda Pekkanın səhhətində problem yarandıbackend

Superstar Ajda Pekkanın səhhətində problem yaranıb.

“Yeni Gündəm” xəbər verir ki, 75 yaşlı pop ulduz qığırdaq degenerasiyasından (dizlər yüksək dərəcədə yükləndikdə oynağın qığırdaqlarında yumşalma və incəlmə kimi degenerativ dəyişikliklər meydana gəlir. Xalq arasında buna kirəclənmə də deyilir- red.) əziyyət çəkir.

Hər iki dizinə su yığılan Pekkan əməliyyat olunub. İstanbulda ev şəraitində müalicəsini davam etdirən sənətçiyə ayağa qalxmaq qadağan edilib.